Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəki şəhərindən Birinci Qarabağ müharibəsinə qatılan şəhid Könül Qəhrəmanovanın atası Kamran Qəhrəmanov bu gün vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, onun uzun illərdir xəstəlikdən əziyyət çəkdiyi qeyd olunub.

Bildirilib ki, şəhid atası sabah dəfn olunacaq.

Qeyd edək ki, şəhid Könül Qəhrəmanova 1972 ci il Şəkidə doğulub.1991-ci ilin noyabr ayından ali məktəbi yarımçıq qoyaraq cəbhəyə yollanıb. 1992-ci il sentyabr aylarında Xocalı, Ağdam, Ağdərə rayonlarında tibb bacısı kimi yaralılara kömək edib. 1992-ci il Ağdamın Cinli kəndində gedən ağır döyüşlər zamanı düşmən gülləsinə tuş gəlib. Şəkidə dəfn olunub.

Allah rəhmət eləsin!