Daşkəsəndə 72 yaşlı kişi güllələndi

Daşkəsəndə 72 yaşlı kişi güllələndi

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

Özünün dediyinə görə, tanıdığı şəxs tüfənglə atəş açaraq onu yaralayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report