Dünən gecə Ermənistan paytaxtında kütləvi şənlik  keçirildi…-FOTO+VİDEO

Dünən gecə Ermənistan paytaxtında kütləvi şənlik keçirildi…-FOTO+VİDEO

Dünən – iyunun 4-də axşam və gecə saatlarında İrəvanda şərab festivalı keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu haqda xəbər sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Musiqi, rəqs, kişi, qadın, oğlan, qızların alkoqollu içki qəbulu ilə müşayiət olunan şənlik tədbiri, yəqin ki, erməni cəmiyyətinin bir hissəsi tərəfindən Qarabağ müharibəsindəki məğlubiyyət, morqlarda saxlanan meyitlər, sərhəd məsələsi və s. baxımından ikrahla qarşılanması səbəbindən hələki qəsbkar Ermənistanın tanınmış nəşr və saytları tərəfindən işıqlandırılmayıb.

Xatırladaq ki, dünən Kəlbəcərdə 3 soydaşımızın həlak olmasıyla nəticələnən mina partlayışı baş verib…