Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı özünün tviter hesabında yazıb.
R.T.Ərdoğanda koronavirusun omikron ştamı aşkarlanıb.
“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, – deyə Prezident bildirib.












