Ərdoğandan xanımının səhhəti ilə bağlı açıqlama

Ərdoğandan xanımının səhhəti ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan koronavirusdan hələ sağalmayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Birləşmiş Ərəb Əmirliklərinə səfərindən əvvəl Atatürk Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Əminə Ərdoğanın müalicəsi davam edir.

Xatırladaq ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın koronavirusa yoluxduğu məlum olub. Fevralın 10-u yayılan məlumata görə isə, Ərdoğan koronavirusdan sağalıb.