Erməni mediası: Xankəndi əhalisi şəhərdən qaçıb

Erməni mediası: Xankəndi əhalisi şəhərdən qaçıb

Xankəndidə şəhər əhalisinin 30%-i qalıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu “Qraparak” qəzetinə açıqlamasında Xankəndinin “meri” David Sərkisyan deyib. O, Xankəndi səmasında zərbə PUA-larının görünmədiyini də bildirib.

Əslində isə Xankəndidə, ümumiyyətlə, yalnız hərbçilərin qaldığı qeyd edilir. Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.

Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı.