“Müharibə vaxtı belə düşmənlə dostluq etmək lazımdır”.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu qeyri-adi bəyanatı Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hökumət iclasından sonra keçirdiyi brifinqdə səsləndirib.
İrəvanın keçmiş meri, ixtisasca iqtisadçı olan Xaçatryan Azərbaycanla barışmaq üçün əsasların olub-olmadığı barədə fikir yürüdüb.
“Həmişə əsaslar var idi. Ermənistanın müstəqil dövlət olaraq yarandığı gündən 30 il əvvəl bu təməllər var idi. İndi də onlar var və biz bundan istifadə etməyi bacarmalıyıq. Layiqli bir sülhə nail olmaq lazımdır”, – deyə Xaçatryan qeyd edib.












