Erməni nazir Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Erməni nazir Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

“Naxçıvana gedən dəmiryolu xəttinin açılışından yalnız biz deyil, bütün qonşu dövlətlər qazanacaq”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazinin inkişafı və infrastruktur naziri Qnel Sanosyan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışarkən bildirib.

Nazir dəmiryolu xəttinin açılışı ilə yanaşı, infrastrukturun tikintisindən də bəhs edib: “Dəmiryoluna gəlincə, bu ərazilərdə infrastruktur qurmadan regionu blokadadan çıxarmaq mümkün deyil, çünki heç bir yolun olmadığı müəyyən hissələr var, oralardan sıfırdan yeni yollar salmaq lazımdır”

Onun fikrincə, dəhlizin yolu keçmiş SSRİ zamanındakı xətt istiqamətində, yəni Azərbaycanın Naxçıvan və Ermənistanın Mehri bölgəsindən keçəcək: “Əslində, sovet dövründə İcevanda da dəmiryolu var idi. Əgər regionda tam sülh bərqərar olarsa və biz kommunikasiyaları aça bilsək, onda hər iki istiqamət bizim üçün xeyirli olacaq…”