Erməni rejissordan şok etiraf: Xoşumuza gəlsə də, gəlməsə də…

Erməni rejissordan şok etiraf: Xoşumuza gəlsə də, gəlməsə də…

Erməni əsilli rejissor, Kremlin təbliğatçılarından biri Karen Şahnazarov “Rossiya 1”in canlı efirində Rusiyanın Ukraynadakı işğalçı əməliyyatlarının uğursuzluqla nəticələnə biləcəyinə eyham vurub.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, rejissor Rusiyanın Ukrayna məsələsini həll edərkən bir sıra məsələləri nəzərə almalı olduğunu bildirib.

“Ukrayna məsələsini yalnız hərbi yolla həll etməyə çalışsaq, bu mümkün olmayacaq. Bu, çox çətindir. Ukrayna xalqının reallıq olduğunu etiraf etməliyik. “Bu, avstriya-macarlar tərəfindən icad edilib”, – deməməliyik. Klassikləri oxuyun – Çexovu, Qoqolu… Bəli, onlar bizə yaxın bir xalqdır. Xoşumuza gəlsə də, gəlməsə də…”, – deyə Şahnazarov söyləyib.