Ermənilər Cəbrayılda hərbi təlimlərə başlayıblar

Ermənilər Cəbrayılda hərbi təlimlərə başlayıblar

Ermənistan ordusu Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə başlayıb.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, təlimlər Qarabağın cənub istiqamətində – Cəbrayıl rayonunun ərazisində aparılır.

Taktiki təlimlərə bölgədə yaradılmış hərbi hissənin 2 batalyonu cəlb olunub. Bu zaman 23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksinin də təlimlərdə istifadə olunub.