Ermənilər Laçını tərk edəcək: Dəhlizin yeni marşrutu – FOTO

Ermənilər Laçını tərk edəcək: Dəhlizin yeni marşrutu – FOTO

Fevralın 1-də ermənilərə məxsus teleqram kanallarında Laçın dəhlizinin yeni marşrutu haqqında maraqlı məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, erməni jurnalist Tatul Akopyan teleqram kanalında yeni yolun marşrutubu paylaşmaqla, bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin tezliklə Laçın şəhərini tərk etməli olması ilə bağlayıb.

Bu, o deməkdir ki, onlar artıq dəhlizin şəhərdən keçən bu hissəsindən istifadə edə bilməyəcəklər.

Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhliz Kərkicahandan (Xankəndi ətrafında) Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçməklə çəkiləcək.

Daha sonra yol Laçın şəhərindən yan keçməklə, Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək və Ermənistanın Kornidzor qəsəbəsinə çıxacaq.

Qarabağdakı erməni mənbələri bunun ermənilərin tezliklə Laçını tərk etməsi ilə bağlı olduğunu təsdiq edirlər.

Xəritəyə baxdıqda yolun iki yeni hissəsinin tikiləcəyi görünür. Amma hazırki yolun təqribən yarısından da istifadə olunacaq. Əgər belədirsə, bu hissələrdə ermənilər və azərbaycanlılar üz-üzə gələcək. İstənilən halda, ermənilər üçün yol uzanacaq.

Bundan başqa, Laçın yaxınlığında yeni və köhnə yollar kəsişməli olacaq.