Ermənilər oğurluqdan, Rusiya isə buna göz yummaqdan əl çəkmir – FOTOFAKT

Ermənilər oğurluqdan, Rusiya isə buna göz yummaqdan əl çəkmir – FOTOFAKT

Ermənilər onlara məxsus olmayan maddi nemətləri və mədəni irs nümunələrini özününkü kimi təqdim etmək vərdişlərindən əl çəkmək istəmirlər.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bədnam qonşularımızın yeni oğurluq faktları Moskvadakı məşhur VDNX (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) sərgi salonunda qeydə alınıb.

Buradakı Ermənistan pavilyonunda saz, tar, ud və kanon alətləri ölkənin qədim milli musiqi alətləri kimi təqdim edilir.

Bu azmış kimi, ermənilər qondarma “Artsax”ı da unutmayıblar. Belə ki, sərgidə bu brend altında müxtəlif növ araqlar nümayiş olunur.

Ermənilərin oğurluqları bir yana, Rusiyanın aidiyyatı qurumlarının buna şərait yaratması və Moskvanın mərkəzi sərgi salonunda baş verənlərə göz yumması qətiyyən anlaşılan deyil.

Ümid edirik ki, tərəfimizdən nümayiş olunan bu qanunsuzluqlara qarşı istər Rusiya səlahiyyətləri, istərsə də YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən lazımlı reaksiya veriləcək və məsələ araşdırıldıqdan sonra analoji hallara son qoyulacaq.