Ermənistan mətbuatında Sünik (Zəngəzur mahalı) bölgəsinin Azərbaycana təhvil verilməli olan hissələrini əks etdirən bir video yayımlanıb.
NOCOMMENT.az xəbər verir ki, videonu çəkən əsgər qəzəblənərək deyir:
“Bu ərazidə insanların evləri, tövlələri, kottecləri var. Bunların hamısını Azərbaycana verirlər. Postlardan ayrılıb gedirik. Kəndin altına çatırlar. Uşaqlar getmək üçün snyardları yükləyirlər”
Publika.az












