Ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan gənclərin faciədən əvvəl çəkilən görüntüləri yayılıb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə həmin gənclərin dənizə girməzdən bir qədər əvvəl lentə alınan son görüntüləri yayılıb. Kadrlarda onların sahilboyu ərazidə xoş vaxt keçirdikləri əks olunub.
Xatırladaq ki, hadisə nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimov, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülov və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun cəsədləri Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aşkarlanaraq çıxarılıb. Qrupun dördüncü üzvü – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları isə hazırda davam etdirilir.












