Ermənilər Tərtərə onlarla top mərmisi atıb

Ermənilər Tərtərə onlarla top mərmisi atıb

Cəbhədə gərgin döyüşlər davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat yayıb.

Noyabrın 8-də saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.

Düşmən rayon rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.