Ermənilər təşvişdə: əhali Tavuşdan qaçır

Ermənilər təşvişdə: əhali Tavuşdan qaçır

Azərbaycan Ordusu Qarabağda separatçı-terrorçulara qarşı “Qisas” əməliyyatı keçirdikdən sonra Ermənistanın Tavuş vilayətindəki əhali təşvişə düşüb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Tavuşun Berd rayonunda və sərhəddə yerləşən digər ərazilərdəki erməni əhali köçmək barədə düşünürlər.

“Əhali bütün ssenarilərə hazırlaşır, dünən gecədən başlayaraq yanacaqdoldurma məntəqələrində növbələr yaranıb”, – deyə “Hraparak” nəşri yazıb.

Erməni əhali Azərbaycan ordusunun Qazaxın 7 kəndinin azad edilməsi istiqamətində hərəkətə keçməsindən qorxur.