Ermənilərin 11 faizi Rusiyanı Ermənistan üçün təhlükəli ölkə hesab edirlər.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə İRİ institutunun keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.
Ermənilər özlərinə ən böyük təhlükə kimi Türkiyə (88%) və Azərbaycanı (81%) görürlər.
Respondentlər, həmçinin Rusiyanı siyasi və iqtisadi təhlükə hesab ediblər. Rəyi soruşulanların 15 və 17 faizi belə düşünür. Bu sorğuda yenə də ilk iki pilləni Türkiyə (90% və 68%) və Azərbaycan (77% və 52%) tutub.
Bununla yanaşı ermənilərin 52 faizi hesab edir ki, Moskva Ermənistan üçün vacib siyasi tərəfdaşdır. Respondentlərin 50 faizi Fransanı, 38 faizi isə ABŞ-ı siyasi tərəfdaş hesab edib.












