Ermənilərin yaraladığı sakinlərdən ikisi vəfat etdi

Ermənilərin yaraladığı sakinlərdən ikisi vəfat etdi

Ötən gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat edib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun Tərtərə ezam olunmuş əməkdaşının sözlərinə görə, onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.

Qeyd edək ki, həlak olan şəxslər qohumdurlar. Belə ki, Şahin İbrahimov Müzəffər Əliyevin yeznəsidir.

Onu da əlavə edək ki, hadisə nəticəsində Ş.İbrahimovun atası 1962-ci il təvəllüdlü İbrahimov Mahmud Qaçay oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi.