Ermənistanın Müdafiə nazirliyi eerməni əsgərinin Azərbaycan ərazisinə keçməsini təsdiqləyib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Müqaviləli hərbi qulluqçu, Ermənistan Silahlı Qüvvələrinin “N” hərbi hissəsinin əsgəri A.Katanyan iyunun 8-də dumanlı hava şəraiti üzündən səmti azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti A.Katanyanın təxribatçı olmadığını bildirib.











