Ermənistan-Azərbaycan sərhədində yanğın

Ermənistan-Azərbaycan sərhədində yanğın

Ermənistanın Azərbaycanla sərhədində – Sünik rayonunun Aqarak kəndində yanğın baş verib.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, on hektarlıq bitki örtüyü yanıb.

Qeyd edək ki, eyni ərazidə 8 və 9 avqust tarixlərində də yanğın qeydə alınıb. O 6 hektar ərazini əhatə edib./Yenisabah.az