Ermənistan daha bir hərbçisinin öldüyünü etiraf edib

Ermənistan daha bir hərbçisinin öldüyünü etiraf edib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədərkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu, 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da yanvarın 11-də məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.