Ermənistanda Çiçəklənən Ermənistan, Vətən və Daşnaksütyun partiyalarının liderləri işçi qrup yaradıblar.
NOCOMMENT Report-a istinadən xəbər verir ki, partiya sədrləri Ermənistandakı mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər ölkədə konstitusiya quruluşunun bərpası yollarından danışıblar. Partiya liderləri fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəliblər.
Bu isə üç müxalifət partiyasının baş nazir Nikol Paşinyana qarşı birləşməsi deməkdir.











