Ermənistan parlamenti bu gün növbədənkənar iclasda ölkə Konstitusiyasına dəyişiklik layihəsi ilə bağlı birinci oxunuşda səsvermə keçirib.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, deputatlar layihəni yekdilliklə təsdiqləyiblər. 89 deputat layihənin lehinə səs veribsə, heç kim bunun əleyhinə olmayıb.
İkinci oxunuşda da layihə üzrə səsvermənin olacağı gözlənilir.











