Ermənistanda bir sutkada yüz nəfər koronavirusa yoluxub

Ermənistanda bir sutkada yüz nəfər koronavirusa yoluxub

Ermənistanda pandemiyaya yoluxanların sayı 663-ə çatıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı Ermənistanın xəstəliyə nəzarət və profilaktika mərkəzi yayıb. Bildirilib ki, aprelin 2-si saat 11-ə olan məlumata əsasən, son sutkada 92 yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, Ermənistanda koronavirusdan 4 nəfər ölüb.