Ermənistanda donuz qripindən ölənlər var

Ermənistanda donuz qripindən ölənlər var

Ermənistanda 2 nəfər donuz qripindən ölüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin müdiri Romela Abovyan məlumat verib.

Abovyan bildirib ki, pnevmaniya diaqnozu ilə 209 nəfər xəstəxanaya yerləşdirilib: “Onların 127-si, yəni 60 faizi uşaqdır. 55 nəfər reanimasiyadadır. Reanimasiyada olanların isə 47-si uşaqdır”.

Öz növbəsində Ermənistan Səhiyyə Nazirliyinin pediatriya üzrə müşaviri, tibb elmləri namizədi Sergey Sarkisyan qeyd edib ki, respirator sinsitial virus da aktivləşib.

Hər iki mütəxəssis qeyd edib ki, xəstəxanaların uşaq şöbələri həddindən artıq yüklənib, uşaqların əksəriyyəti kəskin respirator virus infeksiyalarının müxtəlif fəsadları ilə gəlib. Onları öz-özünə dərman verməməyə və SARS simptomları aşkar edildikdə həkimə müraciət etməyə çağırıblar.