Ermənistanda elektrik enerjisi bahalaşdı

Ermənistanda elektrik enerjisi bahalaşdı

Bu gündən Ermənistan vətəndaşları elektrik enerjisinin 1 kilovat/saatı (kVt/s) üçün orta hesabla 4.7 dram çox pul ödəyəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, ayda 200 kVt/s-a qədər elektrik enerjisi istehlak edən sakinlər üçün elektrik enerjisinin tarifi 1,5 dram, 201 kVt/s-dan 400 kVt/s-a qədər istehlak edənlər üçün 3,5 dram, sahibkarlıq subyektləri üçün 5,5 dram artırılıb.

Elektrik enerjisi tariflərinin artırılmasına əsas səbəb kimi Ermənistan AES-in modernləşdirilməsi üçün götürülmüş 270 milyon dollar məbləğində kredit yükü və Rusiyanın “Qazprom” şirkəti qarşısında yerinə yetirilməmiş öhdəliklər göstərilir.