Ermənistanın Ararat vilayətində yetişdirdikləri üzümü sata bilməyən fermerlər Yerçan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən keçən hissəsini bağlayıblar.
NOCOMMENT report-a istinadən xəbər verir ki, onlar ölkənin Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.
Aksiya iştirakçıları üzümün satın alınması ilə bağlı yaranmış problemin həll olunmadığını bildiriblər: “Biz nə qubernatora, nə də iqtisadiyyat naziri Vaan Kerobyana inanırıq. Biz Nikol Paşinyanla görüş tələb edirik, ümidimiz onadır”.












