Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadılıb

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadılıb

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-dək uzadılıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.

Ölkədə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Xatırladaq ki, Ermənistanda indiyədək 15 281 nəfər koronavirusa yoluxub, 258 nəfər ölüb.