Ermənistanda ehtiyatda olan hərbi qulluqçu 1978-ci il təvəllüdlü, sıravi Atom Arutunyan avqustun 3-dən 4-nə keçən gecə qəflətən yuxuda ölüb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Arutunyan 3 aylıq hərbi təlimlərin iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır. A.Arutunyanın ölümünün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.












