Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin birinci müavini Qemafin Qasparyan öz istəyi ilə işdən çıxıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb. Onun istefasının səbəbi açıqlanmayıb. Qasparyan 2019-cu ilin fevralında bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, son günlər Ermənistanda vəzifəli şəxslərin istefa verməsi halları çoxalıb.Bir neçə gün əvvəl Ermənistan Ali Attestasiya Komitəsinin sədri Smbat Qoqyan istefa vermişdi. O da istefasının səbəbini açıqlamamışdı.












