Ermənistanda koronavirusa yoluxanların sayı iki minə yaxınlaşır

Ermənistanda koronavirusa yoluxanların sayı iki minə yaxınlaşır

Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

NOCOMMENT.az erməni mətbuatına xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 808-ə, pandemiyadan ölənlərin sayı isə 29-a yüksəlib. Bildirilib ki, indiyədək 728 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 26-na olan məlumata görə, ölkədə bir gündə 69 yoluxma faktı qeydə alınmışdı.