Ermənistanda daha 72 nəfərdə koronavirus aşkarlanıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 473-ə çatıb. Ölkədə indiyədək virusdan 24 nəfər ölüb. Bildirilib ki, indiyədək 633 nəfər virusdan sağalıb.












