Ermənistanda koronavirusa yoluxanların sayı üç mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı üç mini ötdü

Ermənistanda daha 145 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 029-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 43-ə çatıb.