Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda daha 180 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 718-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 48-ə çatıb. Yeni ölən şəxs 65 yaşlı kişidir. Onun heç bir xroniki xəstəliyi olmayıb. Bildirilib ki, ölkədə indiyədək 1 500 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 149 aktiv koronavirus xəstəsi var.