Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi xəbər yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 596-ya, pandemiyadan ölənlərin sayı isə 27-yə yüksəlib. Bildirilib ki, indiyədək 728 nəfər virusdan sağalıb.
Qeyd edək ki, aprelin 23-nə olan məlumata görə, ölkədə bir gündə 50 yoluxma faktı qeydə alınmışdı.












