Ermənistanda son sutkada koronavirusdan daha bir ölüm hadisəsi qeydə alınıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, 71 yaşlı pasiyent koronavirusun qurbanı olub.
Məlumata görə, son sutkada Ermənistanda 81 yoluxma hadisəsi qeydə alınıb. Bununla aprelin 25-nə olan məlumata əsasən, ölkə üzrə virusa 1 677 nəfər yoluxub, pandemiyadan 28 nəfər ölüb. 803 pasiyent isə sağalıb.












