Ermənistanda daha 79 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 392-yə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 46-ya çatıb. Bildirilib ki, ölən şəxs 69 yaşlı kişidir. Onda müşayiət edən başqa xəstəliklər də olub.












