Ermənistanda koronavirusla əlaqədar fövqəladə vəziyyətin müddəti uzadılıb

Ermənistanda koronavirusla əlaqədar fövqəladə vəziyyətin müddəti uzadılıb

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

NOCOMMENT.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Nazirlər Kabinetinin keçirdiyi iclasda ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin mayın 14-dək uzadılmasına qərar verilib.

Bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlər qüvvədə qalacaq.

Xatırladaq ki, Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət tətbiq olunmuşdu.