Ermənistanda qəza – 4 hərbçi yaralandı

Ermənistanda qəza – 4 hərbçi yaralandı

Ermənistanda zəncirvari qəza baş verib. Hadisə Sünik rayonu ərazisində qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Qəza zamanı 4 erməni hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.