Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı artmaqdadır

Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı artmaqdadır

Ermənistanda saxta spirtli içkidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib. Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 2-dək Armavir vilayətində 20 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib: “7 zəhərlənmə və 5 ölüm hadisəsi isə Yerevanda baş verib”.

Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Hovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.