Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin aparatının yaydığı məlumata görə qərar bu gün qəbul edilib. Qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub.
Qeyd edək ki, bu məsələ ilə bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.












