Ermənistanın Baş Qərargah rəisi Rusiyadadır

Ermənistanın Baş Qərargah rəisi Rusiyadadır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyan Rusiyaya səfər edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Artak Davtyanın başçılıq etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları-2021”in mükafatlandırma və bağlanış mərasimində iştirak edəcək.

Qeyd edək ki, mərasim bu gün Moskva şəhərində keçiriləcək.