Ermənistanın keçmiş baş prokuroru saxlanılıb

Ermənistanın keçmiş baş prokuroru saxlanılıb

Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan saxlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, keçmiş baş prokuror dələduzluqda, rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunur.

A.Ovsepyan 2004-cü il martın 18-dən 2013-cü il sentyabrın 13-dək baş prokuror, 2014-cü il iyulun 18-dən 2018-ci il iyunun 11-dək Ermənistan Xüsusi İstintaq Komitəsinin sədri vəzifəsində işləyib.