Ermənistanın mülki əhaliyə qarşı hücumlarının nəticələri YENİLƏNİB

Ermənistanın mülki əhaliyə qarşı hücumlarının nəticələri YENİLƏNİB

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 500, çoxmənzilli yaşayış binalarının sayı 98, yaşayış evlərinin sayı isə 2 734-dir.