Ermənistanın sabiq deputatı HƏBS EDİLİB

Ermənistanın sabiq deputatı HƏBS EDİLİB

Ermənistanda keçmiş deputat Mqer Sedrakyan həbs edilib.

NOCOMMENT-ə verilən məlumata görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Milli Məclisin keçmiş deputatı Mher Sedrakyan bu gün Baş Prokurorluğa gələrək, təslim olub”, – deyə bəyanatda qeyd olunub.

Prokurorluq bildirib ki, məhkəmə prokurorluğun təqdim etdiyi vəsatət əsasında Sedrakyanın əmlakına qarşı iddianın ilkin təminatı vasitəsi kimi həbs tətbiq edib.