Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib

Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib

Dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib.

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, F.İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə yola salınıb.

F.İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin Libervil-İstanbul uçuş reysi ilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03:30-da çatıb.