Gəncə aeroportunun direktoru: Hava limanına ziyan dəyməyib

Gəncə aeroportunun direktoru: Hava limanına ziyan dəyməyib

Ermənistan tərəfinin atəşə tutması nəticəsində Azərbaycanın Gəncə şəhərindəki hava limanına ziyan dəyməyib.

NOCOMMENT-in oxu.az-a istinadən məlumatına görə, bu barədə aeroportun direktoru Bəylər Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

“Səhər yeddidən bəri işdəyəm, burada atışma olmayıb”, – deyə o qeyd edib.

B.Nəcəfov, şəhərdən atəş səslərinin gəldiyini, ancaq bu hücumların hava limanının ərazisinə təsir etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, hava limanı mart ayından bəri koronavirus səbəbindən müntəzəm uçuşları dayandırıb.

O, həmçinin, aeroport ərazisində hərbi təyyarənin olmadığını da qeyd edib.