Putinin qızının rəhbərlik etdiyi şirkətin yaxınlığında S-400 sistemi yerləşdirildi

Putinin qızının rəhbərlik etdiyi şirkətin yaxınlığında S-400 sistemi yerləşdirildi

Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın rəhbərlik etdiyi "İnnopraktika" şirkətinin Moskva şəhərində yerləşən ofisinin yaxınlığında S-400 zenit-raket kompleksi quraşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə peyk görüntülərinə istinadən “Azadlıq” radiosu məlumat yayıb.

Məlumata görə, "İnnopraktika"nın ofisi Moskva Dövlət Universitetinin binasından bir neçə yüz metr məsafədə yerləşir. Peyk görüntüləri S-400 hava hücumundan müdafiə sistemi və 40V6MR universal mobil qülləsinin həmin əraziyə hələ may ayında yerləşdirildiyini göstərir.

Hələlik Rusiya rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.