Çinin paytaxtı Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür binası olan 109 mərtəbəli "CITIC Tower" göydələninə çırpılıb.
NOCOMMENT.az xəbər verir ki, təyyarənin və binanın qırıntıları qəza nəticəsində metrlərlə hündürlükdən yerə tökülüb. Qalıqların binanın giriş hissəsinə düşməsi səbəbindən orada kiçikmiqyaslı yanğın qeydə alınıb. Hadisədən dərhal sonra göydələn sürətlə təxliyə edilib. Ətrafdakı bəzi nəqliyyat vasitələrinə də düşən dağıntılar nəticəsində ziyan dəyib.
Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub, binanın ətrafındakı yollar hərəkət üçün bağlanıb.
Məlumata görə, "Shifosi" hava limanından havalanan "Sunward SA 60L Aurora" tipli təyyarədə yalnız pilot olub. Təyyarə eniş etmək üçün geriyə dönməyə hazırlaşsa da, marşrutdan kənara çıxıb və onunla əlaqə kəsilib.
Qəza nəticəsində ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat verilməyib.
Hadisənin dəqiq səbəbləri araşdırılır. Qafqazinfo.az











