Parlamentdə dava düşdü: Deputatlar əlbəyaxaya çıxdı - Qonşu ölkədə

Parlamentdə dava düşdü: Deputatlar əlbəyaxaya çıxdı - Qonşu ölkədə

Gürcüstan parlamentində dava olub.

NOCOMMENT.az xəbər verir ki, toqquşma "Qahariya - Gürcüstan naminə" partiyasından olan parlament üzvü Giorgi Şaraşidzenin çıxışından sonra başlayıb. O bildirib ki, hətta "Gürcü Arzusu" partiyası belə hazırkı baş nazirə layiq deyil və hakim partiyanın üzvlərinin onunla razılaşdığına əmindir.

Baş nazir İrakli Kobaxidze isə olanlara belə münasibət bildirib:

"Parlament zalında gördüklərimiz həqiqətən kədərlidir. Agentlər yenidən əsl üzlərini göstərdilər. Deyəcək bir şeyləri olmadığını görəndə kobudluğa və fiziki zorakılığa əl atdılar. Bu, onların utancverici simasıdır. Təhsil, zəka, dürüstlük, vətənpərvərlik olmadığı zaman nəyisə dəyişdirmək çətindir. Bu, ləyaqətini itirmiş insanların birliyidir".